Azərbaycan Prezidenti: “Torpaqlarımız, təbii ehtiyatlarımız istismar edilirdi. Bütün bunların hesabını Ermənistan dövləti verəcək”

Azərbaycan Prezidenti: “Torpaqlarımız, təbii ehtiyatlarımız istismar edilirdi. Bütün bunların hesabını Ermənistan dövləti verəcək”
# 24 dekabr 2020 16:30 (UTC +04:00)

“Qubadlı rayonu ölkəmizin ən gözəl rayonlarından biridir və qısa müddət ərzində lazım olan bütün bərpa işləri də nəzərdə tutulur. Xarici ekspertlər cəlb olunub, dəvət edilib, onlar bütün qiymətləndirmə işlərini aparacaqlar”.

APA-nın məlumatına görə, bunu dekabrın 23-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Qubadlı rayonuna səfəri zamanı çıxışında deyib.

Dövlət başçısı bildirib ki, videosənədlər, fotosənədlər toplanır, bütün dəymiş ziyan hesablanacaq: “Bizim torpaqlarımız istismar edilirdi, təbii ehtiyatlarımız istismar edilirdi. Zəngilan rayonunda qızıl yatağı istismar edilirdi. Azad edilmiş digər ərazilərdə də, həmçinin. Bütün bunların hesabını Ermənistan dövləti verəcək”.

Prezident qeyd edib ki, bununla paralel olaraq bütün bərpa işləri təmin ediləcək: “Biz bütün şəhər və qəsəbələrimizi, kəndlərimizi bərpa edəcəyik, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR