Azərbaycan Prezidentinin köməkçisi: “Ermənistan pandemiyanı da möhtəkirlik obyektinə çevirməyə çalışır”

Azərbaycan Prezidentinin köməkçisi: “Ermənistan pandemiyanı da möhtəkirlik obyektinə çevirməyə çalışır”
  • Clock-gray 17:42
  • calendar-gray 13 May 2020

“BMT Baş Katibi qlobal atəşkəs çağırışı edib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan münaqişənin həllini təhrif etməyə çalışır: “Koronavirusu da möhtəkirlik obyektinə çevirməyə çalışır. Koronavirus da dövlətlərin üzərində öhdəliklər qoyur. Ermənistan öz beynəlxalq öhdəliklərinə sadiq olduğunu nümayiş etdirmək istəyirsə, koronavirus da yaxşı fürsətdir. Ermənistan işğala son qoysun, köçkünlərin öz torpaqlarına qayıtmaq hüququ bərpa edilsin”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinin həyata keçirilməsinin tərəfdarıdır: “Beynəlxalq ictimaiyyətin də mövqeyi budur ki, humanist prinsiplərdən çıxış edilərək əsir və girovlar dəyişdirilməlidir. Biz “hamının hamıya” pinsipi ilə əsir və girovların dəyişdirilməsinə çalışırıq. Ermənistan isə bu məsələdə də fərqli mövqe nümayiş etdirir”.

H. Hacıyev əlavə edib ki, Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə də əsir və girovların dəyişdirilməsi gündəmə gətirilib. “Lakin Ermənistan tərəfindən buna adekvat reaksiya verilməyib, - deyə o bildirib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər