Azərbaycan Prezidentinin köməkçisi: “Ermənistanın yerləşdirdiyi minalar əhalinin təhlükəsizliyi üçün ciddi təhdid yaradır”

Azərbaycan Prezidentinin köməkçisi: “Ermənistanın yerləşdirdiyi minalar əhalinin təhlükəsizliyi üçün ciddi təhdid yaradır”
# 04 aprel 2021 14:43 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar Tvitter səhifəsində paylaşım edib.

APA-nın məlumatına görə, paylaşımda bildirilib ki, BMT 2005-ci ildə 4 aprel tarixini Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü elan edib.

Azərbaycan Prezidentinin köməkçisi paylaşımda Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistanın yerləşdirdiyi minalara diqqət çəkib: “Ermənistan tərəfindən yerləşdirilən minalar mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi təhdid yaradır və azad edilmiş torpaqlarda sosial və iqtisadi inkişafa mane olur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR