Azərbaycan Prezidentinin köməkçisi: “Minsk Qrupunun geniş formatda iclasının keçirilməsinə ehtiyac var”

Azərbaycan Prezidentinin köməkçisi: “Minsk Qrupunun geniş formatda iclasının keçirilməsinə ehtiyac var”
  • Clock-gray 11:54
  • calendar-gray 21 İyul 2020

“Azərbaycan imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində deyil”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Minsk Qrupunun həmsədrlərinin mandatına görə Helsinki Yekun aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsas götürməlidirlər: “Ermənistanın yalanlar və müxtəlif bəhanələr vasitəsi ilə danışıqları pozmaq cəhdlərinə son qoymaq lazımdır. Minsk prosesində 11 dövlət iştirak edir. Minsk Qrupunun geniş formatda iclasının keçirilməsinə ehtiyac var”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər