Azərbaycan XİN: “Euronews”un çəkiliş qrupunun atəşə tutulması Ermənistanın əsl üzünü bir daha göstərir

Azərbaycan XİN: “Euronews”un çəkiliş qrupunun atəşə tutulması Ermənistanın əsl üzünü bir daha göstərir
# 27 oktyabr 2020 15:41 (UTC +04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “Euronews”un çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasına münasibət bildirib.

APA-nın xəbərinə görə, XİN-in “Twitter” hesabında bildirilib ki, beynəlxalq humanitar hüquq jurnalistlərə qarşı hücumları qadağan edir.

Qeyd olunub ki, “Euronews”un çəkiliş qrupunun hücumuna məruz qalması mülki vətəndaşları və jurnalistləri hədəf alan Ermənistanın əsl üzünü bir daha göstərir: “Ermənistan beynəlxalq hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq jurnalistlərə hücum edir!”

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR