Azərbaycan XİN: İşğaldan azad olunmuş ərazilərə missiya göndərilməsi üçün YUNESKO ilə konstruktiv dialoq aparılır

Azərbaycan XİN: İşğaldan azad olunmuş ərazilərə missiya göndərilməsi üçün YUNESKO ilə konstruktiv dialoq aparılır
# 26 mart 2021 13:13 (UTC +04:00)

“Azərbaycan işğaldan azad olunmuş ərazilərində törədilən dağıntıların müvafiq şəkildə sənədləşdirilməsi üçün bu ərazilərə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəfdir”.

APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin şərhində bildirilir.

Şərhdə qeyd olunur ki, bu xüsusda YUNESKO ilə konstruktiv dialoq aparılır: “Ümid edirik ki, bu missiya tezliklə baş tutacaq. Azərbaycan Respublikası azad edilmiş ərazilərində tarixi, mədəni və dini irsin qorunması və saxlanması üzrə beynəlxalq öhdəliyinə sadiq qalır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR