Azərbaycan polisi və Daxili Qoşunların bir qrup hərbçisi Şuşada komendant rejimində fəaliyyətini davam etdirir

Azərbaycan polisi və Daxili Qoşunların bir qrup hərbçisi Şuşada komendant rejimində fəaliyyətini davam etdirir
# 12 noyabr 2020 23:10 (UTC +04:00)

Şuşada komendant rejiminin tətbiqinə başlanılıb.

APA-nın məlumatına görə, xəbər verildiyi kimi Şuşa Rayon Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Fərmanına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şuşa Şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub.

Hazırda RPŞ-nin əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Şuşa şəhərində komendant rejimində fəaliyyətini davam etdirir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR