Azərbaycanda Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Arman Babacanyan barəsində də cinayət işi başlanıb

Azərbaycanda Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Arman Babacanyan barəsində də cinayət işi başlanıb
  • Clock-gray 14:45
  • calendar-gray 30 Oktyabr 2020

Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Arman Babacanyan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa verilib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, adı çəkilən şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2, 281.1 və 318.1-ci maddələri ilə cinayət işi başlanıb və hər 4 şəxs təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində beynəlxalq axtarış elan edilib.

Firuzə Vahid

Digər xəbərlər