Azərbaycanın işğal altında olan ərazilərində 68 nəfər koronavirusa yoluxub

Azərbaycanın işğal altında olan ərazilərində 68 nəfər koronavirusa yoluxub
# 11 iyun 2020 11:58 (UTC +04:00)

Dağlıq Qarabağda yeni növ koronavirus infeksiyasına (COVID-19) daha 4 yoluxma halı qeydə alınıb.

APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların ümumi sayı 68 nəfərə çatıb.

Bildirilib ki, virusa yoluxanlardan ümumilikdə 43 nəfər sağalıb.

Hazırda 79 nəfər özünütəcrid rejimindədir.

Xəstəlikdən ölüm halı qeydə alınmayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR