Azərbaycanın işğal altında olan ərazilərində COVID-19-a yoluxanların sayı 141-ə çatıb

Azərbaycanın işğal altında olan ərazilərində COVID-19-a yoluxanların sayı 141-ə çatıb
# 08 iyul 2020 12:53 (UTC +04:00)

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artır.

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, Xankəndi şəhərində koronavirusa 5 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 141 nəfərə çatıb.

Xəstəlikdən ölüm faktı qeydə alınmayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR