Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 100-ü ötüb

Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 100-ü ötüb
  • Clock-gray 11:49
  • calendar-gray 23 İyun 2020

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır. 

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 6 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 103 nəfərə çatıb.

İndiyədək xəstəlikdən sağalanların ümumi sayı 65 nəfərdir.

Hazırda 74 nəfər karantindədir, xəstəlikdən ölüm faktı qeydə alınmayıb.

Zümrüd Paşkin

Digər xəbərlər