Azərbaycanın işğal altındakı ərazilərində COVID-19-a yoluxanların sayı 167-yə çatıb

Azərbaycanın işğal altındakı ərazilərində COVID-19-a yoluxanların sayı 167-yə çatıb
# 18 iyul 2020 13:15 (UTC +04:00)

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 4 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 167 nəfərə çatıb.

Virusa yoluxan 134 nəfər sağalıb.

Xəstəlikdən ölüm faktı qeydə alınmayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR