Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 247 nəfərə çatıb.
APA-nın “aysor.am”a istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 4 yeni yoluxma faktı qeydə alınıb.
İndiyədək xəstəlikdən sağalanların sayı 181 nəfərdir, 65 nəfərin isə müalicəsi davam edir.
Hazırda 104 nəfər karantindədir.