Azərbaycanın işğal altındakı ərazilərində son sutkada COVID-19-a 12 yoluxma qeydə alınıb

Azərbaycanın işğal altındakı ərazilərində son sutkada COVID-19-a 12 yoluxma qeydə alınıb
# 22 sentyabr 2020 12:47 (UTC +04:00)

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 379 nəfərə çatıb.

APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 12 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək infeksiyaya yoluxanlardan 325 nəfər sağalıb, 52 nəfərin müalicəsi davam edir. 3 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti isə orta ağırdır. 92 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR