Azərbaycanla Ermənistan arasında əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb

Azərbaycanla Ermənistan arasında əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb
  • Clock-gray 18:03
  • calendar-gray 14 Dekabr 2020

Azərbaycanla Ermənistan arasında dekabrın 14-dən əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya bildirilib ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-dən əsir və girovların qarşılıqlı qaytarılmasına start verilib.

Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaq.

apa-logo-mini

Digər xəbərlər