Azərbaycanlılar “Guardian” nəşrinin binası qarşısında aksiya keçiriblər - VİDEO

Azərbaycanlılar “Guardian” nəşrinin binası qarşısında aksiya keçiriblər - VİDEO
# 22 oktyabr 2020 16:46 (UTC +04:00)

Bir qrup azərbaycanlı Londonda “Guardian” nəşrinin binası qarşısında aksiya keçirib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, aksiya iştirakçıları əllərində “Guardian, Azərbaycanı da dinlə”, “Guardian, obyektiv ol”, “Guardian, Azərbaycana da söz haqqı ver” kimi şüarlar yazılan plakatlar qaldırıblar.

Daha sonra nəşrə ünvanlanan məktub "Guardian"ın əməkdaşına təqdim edilib.

Məktubda “Guardian”da yayımlanan xəbərlərdə ermənilərin mövqeyindən çıxış edilməsi, Azərbaycana söz haqqı verilməməsi qınanılıb. Bildirilib ki, Britaniyanın tanınmış nəşrlərindən olan “Guardian” tərəf tutmamalı, Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını atəşə tutmasına, uşaqların öldürülməsinə səssiz qalmamalıdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR