Azərbaycanlılar Kanada XİN rəhbərini Qarabağ müharibəsi barədə məlumatlandırıb

Azərbaycanlılar Kanada XİN rəhbərini Qarabağ müharibəsi barədə məlumatlandırıb
  • Clock-gray 13:35
  • calendar-gray 06 Dekabr 2020

Qərargahı Toronto şəhərində yerləşən və ümum-Kanada platforması olan  Kanadalı Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) üzvləri ölkənin xarici işlər naziri Fransua-Filip Şampeynlə videogörüş keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, məqsəd sentyabrın 27-də Ermənistanın təxribatı ilə başlayan və noyabrın 10-da Azərbaycanın parlaq qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi barədə məlumatları xarici işlər nazirinin nəzərinə çatdırmaq olub.

KAŞ-ın təşəbbüsü ilə baş tutan görüşə şəbəkənin Vankuver, Edmonton, Kalqari, Toronto, Ottava və Montrealdan olan üzvləri qatılıblar.

Görüş zamanı soydaşlarımız bildiriblər ki, Kanadanın Qarabağ məsələsinə dair rəsmi mövqeyini yaxından izləyirlər və Azərbaycan mənşəli kanadalıların fikirlərinin eşidilməsinin ölkənin xarici siyasətinin daha ədalətli və qərəzsiz olmasına xidmət edəcəyini düşünürlər. Tədbir iştirakçıları arasında əslən işğaldan yeni azad edilmiş Fizuli və Şuşadan olan KAŞ üzvlərinin də olduğu nazirin diqqətinə çatdırılıb.

Nazir Şampeyn soydaşlarımızın çıxışlarını diqqətlə dinləyərək münaqişə barədə onların fikirlərinə hörmətlə yanaşdığını bildirib. Görüşün məlumat əldə etmək baxımından çox faydalı olduğunu vurğulayan nazir müharibədə insan həyatının itirilməsini fəlakət adlandırıb. O deyib ki, müharibə başlayan ilk gündən etibarən Kanada dövləti hərbi əməliyyatların dayandırlması üçün səylər göstərib.

Görüş fikir mübadiləsinin aparılması ilə davam edib.

KAŞ indiyədək Kanada və əyalət parlamentlərinin üzvləri və yerli hökumət nümayəndələri ilə intensiv görüşlərdə də Qarabağ məsələsi ilə bağlı soydaşlarımızın narahatlıqlarını qaldırıb.

apa-logo-mini

Digər xəbərlər