BQXK prezidenti: “Rusiya sülhməramlılarının Dağlıq Qarabağda təhlükəsizliyi təmin edəcəklərinə ümid edirəm”

BQXK prezidenti: “Rusiya sülhməramlılarının Dağlıq Qarabağda təhlükəsizliyi təmin edəcəklərinə ümid edirəm”
# 17 noyabr 2020 15:27 (UTC +04:00)

“Biz son bir neçə ildə Rusiya ilə əməkdaşlığımızı inkişaf etdiririk. Biz humanitar məsələlərə aktiv diqqət ayırırıq. Son illər ərzində bir-birimiz haqda çox şeyi öyrənmişik. Biz Suriyada, Qafqazda çalışmışıq. Bu gün isə Qarabağdakı əməkdaşlığımız humanitar yardım təşkilatının çox dərin anlayışı ilə xarakterizə olunur”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Mauer Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.

O, BQXK-nın son 27 ildə Qarabağ regionunda iş apardığını qeyd edib: “Son bir neçə həftə ərzində yardımın həcmini çoxaltmışıq, xüsusi ilə də məcburi köçkünlərə... Bu işi davam etdirəcəyik. Həlak olanların meyitlərinin mübadiləsi ilə bağlı işi davam etdirmək vacibdir. Regionda fəaliyyətimizi bundan sonra da möhkəmləndirmək vacibdir. Burada biz Rusiyanın yardımına və Rusiyanın Silahlı Qüvvələrinə ümid edirik. Ümid edirəm ki, onlar yerlərdə təhlükəsizliyi təmin edəcəklər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR