Baş prokuror: “İşğal olunmuş ərazilərdə 706 tarixi və mədəniyyət abidəsi məhv edilib”

Baş prokuror: “İşğal olunmuş ərazilərdə 706 tarixi və mədəniyyət abidəsi məhv edilib”
  • Clock-gray 15:32
  • calendar-gray 30 Oktyabr 2020

“İşğal olunmuş ərazilərə dəymiş ziyan müvafiq Dövlət Komissiyası tərəfindən hesablanaraq Baş Prokurorluğa təqdim ediləcək”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror deyib ki, təkcə Mədəniyyət Nazirliyinin təqdim etdiyi məlumata əsasən, işğal olunmuş ərazilərdə 706 tarixi və mədəniyyət abidələri məhv edilib: “Ermənistan tərəfindən beynəlxalq konvensiyaların tələbləri də pozulub. Bu məsələ də istintaqda araşdırılacaq, Ermənistan dövlətinə qarşı iddia qaldırılacaq. Mülki şəxslər tərəfindən də ayrıca iddialar qaldırılacaq”.

K.Əliyev bildirib ki, Ermənistan dövləti, silahlı qüvvələri qəbirlərə qarşı da təhqiramiz hərəkətlər edib: “Biz ötən illər ərzində sübutlar toplamışıq və yenə də toplayacağıq”.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər