Borrell Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə Aİ-nin dəstəyini ifadə edib

Borrell Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə Aİ-nin dəstəyini ifadə edib
# 04 may 2020 16:39 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə Aİ-nin dəstəyini ifadə edib.

APA-nın Avropa Parlamentinin saytına istinadən verdiyi xəbərə görə, Aİ-nin Ali Nümayəndəsi Cozef Borrell Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilərlə bağlı Avropa Parlamentinin üzvünün sualını cavablandırıb.

Aİ-nin Ali Nümayəndəsi sorğuya cavab verərək bildirib ki, Aİ Azərbaycan da daxil olmaqla, bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməyə sadiq qalır. Bu, 2017-ci il Şərq Tərəfdaşlığı Sammitinin bəyannaməsində açıq şəkildə qeyd edilib.

C. Borrell Avropa İttifaqının münaqişələrin müəyyən edilmiş formatda sülh yolu ilə həllini dəstəkləməyə sadiq olduğunu da qeyd edib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstinə gəldikdə, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin, habelə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səylərini və təkliflərini dəstəkləməkdə davam etdiyi Ali Nümayəndə tərəfindən vurğulanıb.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Aİ-nin Xarici Fəaliyyət Xidmətinin sözçüsünün 31 mart 2020—ci il tarixində verdiyi bəyanatda Aİ-nin Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident və parlament seçkiləri”nin konstutision və hüquqi çərçivəsini tanımadığını bir daha təkrar edərək, bu hadisənin Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticələrinə xələl gətirə bilməyəcəyini vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR