Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu bəzi ermənipərəst deputatların fikirlərinə dair bəyanat yayıb

Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu bəzi ermənipərəst deputatların fikirlərinə dair bəyanat yayıb
# 11 dekabr 2020 16:26 (UTC +04:00)

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Vestminister sarayında gedən Dağlıq Qarabağ müzakirələrində bəzi ermənipərəst ingilis deputatların səsləndirdiyi fikirlərə dair bəyanat yayıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Britaniya-Azərbaycan Parlament Qrupunun yaydığı bəyanatda bildirilir ki, 8 dekabr tarixində Vestminister sarayında təşkil edilən Dağlıq Qarabağ müzakirələrində münaqişənin mahiyyəti ilə bağlı təhrif olunmuş və düzgün olmayan məlumatlar verilib.

“Biz də digər parlament üzvlərimizin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətrafında baş verən son hərbi əməliyyatlar fonunda Cənubi Qafqazda davamlı sülh və sabitliyə olan marağını bölüşürük. Ancaq müzakirələr zamanı Qarabağ münaqişənin mahiyyəti ilə bağlı təhrif olunmuş və düzgün olmayan məlumatlar verildi və həmən parlamentarilər səsləndirdikləri iddialar haqqında heç bir sübut ortaya qoya bilmədilər. Ermənistan-Azərbaycan münaqişəsində tək bir həqiqət var ki, o da Ermənistanın beynəlxalq müstəvidə tanınmış Azərbaycan torpaqlarını işğal etməsidir. Dağlıq Qarabağ və ətraf 7 rayondan azərbaycanlıların zorla çıxarılması və Xocalıda və digər ərazilərdə genosid, etnik təmizləmələrin aparılması danılmaz faktlardır. Təəssüflər olsun ki, müzakirələr zamanı bunlarla bağlı bir kəlimə belə deyilmədi”, - deyə bəyanatda qeyd olunub.

Bəyanatda o da bildirilib ki, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Azərbaycana illər ərzində müxtəlif səbəblərdən ziyarətlər edib və öz vətənlərindən qaçqın düşmüş insanların çəkdikləri əziyyətlər və ağrıların şahidi olublar: “Təəssüf ki, debat zamanı illərdir həmin azərbaycanlıların yaşadığı ağrıların, humanitar böhranların heç birinə toxunulmadı. Biz öz həmkarlarımızı Azərbaycan torpaqlarının yenidən azad olunması ilə öz evlərinə qayıdacaq həmin insanların sevinclərinə ortaq olmasını və bölgədəki sülhü alqışlamalarını istəyirik. Biz həmçinin həmkarlarımızın diqqətini çatdırmaq istəyirik ki, Azərbaycan etnik ermənilərə Dağlıq Qarabağda tam hüquqlu vətəndaşları kimi qucaq açaraq onlara siyasi, sosial və iqtisadi inteqrasiyaları üçün hər şey etməyə hazır olduğunu bildirib”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR