Çavuşoğlu: “Bölgədə davamlı sülhü təmin etmək üçün gerçək fürsət yaranıb”

Çavuşoğlu: “Bölgədə davamlı sülhü təmin etmək üçün gerçək fürsət yaranıb”
# 14 yanvar 2021 13:57 (UTC +04:00)

“Bölgədə davamlı sülhü təmin etmək üçün gerçək bir fürsət yaranıb”

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Kürəsəl Media” jurnalına müsahibəsində Dağlıq Qarabağla bağlı suala cavabında deyib.

“Dağlıq Qarabağ münaqişəsi bir ölkənin digərinin torpaqlarını işğal etməsi nəticəsində baş vermişdi və bu, beynəlxalq hüququn açıq şəkildə pozulması idi”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

O, 30 ildən sonra mövcud durumun yaranmasının təəssüfləndirici olduğunu bildirib.

Türkiyəli nazirin sözlərinə görə, Ermənistanın hücumlarına baxmayaraq, Azərbaycan sürətli və qətiyyətli şəkildə özünü müdafiə edib, işğal altındakı torpaqlarının əhəmiyyətli bir hissəsini nəzarət altına alıb və müharibə 44 gün sonra 9 noyabr 2020-ci il tarixində başa çatıb.

M. Çavuşoğlu bölgədəki sabitliyin erməni xalqı və Ermənistan üçün də faydalı olacağını qeyd edib: “Bu səbəblə Azərbaycanın 6 ölkənin iştirakı ilə regional format təşəbbüsünü dəstəkləyirik. Bu, barış və rifah üçün regional mülkiyyəti artıracaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR