Çavuşoğlu: "İşğal edilmiş torpaqların hamısının Azərbaycana təhvil verilməsi ilə bu münaqişə həlini tapa bilər"

Çavuşoğlu: "İşğal edilmiş torpaqların hamısının Azərbaycana təhvil verilməsi ilə bu münaqişə həlini tapa bilər"
# 12 noyabr 2020 10:52 (UTC +04:00)

“İşğal edilmiş torpaqların hamısının Azərbaycana təhvil verilməsi ilə bu münaqişə həlini tapa bilər”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu atəşkəs razılaşmasında Qazağın işğal altındakı kəndlərinin azad edilməsi ilə bağlı məsələnin əksini tapıb-tapmaması ilə bağlı yaranmış qeyri-müəyyənliyə münasibət bildirərkən söyləyib.

M. Çavuşoğlu deyib ki, işğal olunmuş torpaqlardan çəkilmə ilə bağlı təqvim müəyyənləşib: “Digər kiçik detallarla bağlı Azərbaycan rəsmiləri daha ətraflı məlumat verə bilər. Ancaq anlaşmanın son məqsədi bütün işğal olunmuş torpaqların azad olunmasıdır. İndiyə qədər Azərbaycan Ordusu qəhrəmanlıqla döyüşdə uğur qazandı, bundan sonra isə söz diplomatiyanındır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR