Çavuşoğlu: “Türkiyə Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanın hər müsbət addımına cavab verəcək”

Çavuşoğlu: “Türkiyə Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanın hər müsbət addımına cavab verəcək”
# 23 fevral 2021 15:42 (UTC +04:00)

“Bir daha Azərbaycanı Vətən müharibəsində qazandığı qələbəyə görə təbrik edirəm. Bölgədə davamlı sülh üçün, bölgənin inkişafı üçün tarixi fürsət var”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla Ankarada birgə mətbuat konfransında deyib.

“Ermənistanın da sülh yolunu seçməsinə ümid edirik. Türkiyə Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanın hər bir müsbət addımına cavab verəcək”, - deyə XİN başçısı vurğulayıb.

Türkiyəli nazir qeyd edib ki, 30 illik işğal zamanı Azərbaycan torpaqlarında dağıntılar törədilib: “Qarabağda, işğaldan azad edilən 7 rayonda tarixi, dini, mədəni abidələrin bərpası üçün Prezident İlham Əliyevin liderliyində Azərbaycan hökuməti əhatəli işlər aparmaqdadır. Türk dünyası, Türk Şurası, Türkiyə olaraq bölgənin yenidən bərpası üçün əlimizdən gələn dəstəyi verəcəyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR