Çavuşoğlu və Lavrov Soçidə atəşkəsə nəzarət üzrə Birgə Mərkəzin işini müzakirə edəcəklər

Çavuşoğlu və Lavrov Soçidə atəşkəsə nəzarət üzrə Birgə Mərkəzin işini müzakirə edəcəklər
  • Clock-gray 16:41
  • calendar-gray 24 Dekabr 2020

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya işgüzar səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi birifinqdə bildirib.

O, M. Çavuşoğlunun səfərinin Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti əsasında dekabrın 29-da baş tutacağını və nazirlərin görüşünün Soçi şəhərində keçiriləcəyini qeyd edib: “Sergey Lavrov və Mövlud Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Soçidə keçiriləcək iclasında görüşəcəklər. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq. Bundan başqa, nazirlərin görüşündə Rusiya, Azərbaycan və Ermənistan lidelərinin Dağlıq Qarabağla bağlı birgə bəyanatının həyata keçirilməsi və eləcə də Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işi diqqət mərkəzində olacaq”.

Fərid Əkbərov

Digər xəbərlər