Ceyhun Bayramov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Ceyhun Bayramov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
  • Clock-gray 16:56
  • calendar-gray 30 Dekabr 2020

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Bauer ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, görüşdə nazir Ceyhun Bayramovun BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Martin Şüepp ilə bu ilin 7 dekabr tarixli görüşünün davamı olaraq, Azərbaycanın münaqişənin təsirinə məruz qalmış ərazilərində Komitənin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatdan sonra bölgədə yaranmış yeni vəziyyət, bütün kommunikasiyaların açılması, hər iki icmanın sülh və təhlükəsizlik şəraitində birgə yaşayışının təmin olunması və bəyanatdan irəli gələn digər məsələləri müzakirə ediblər. BQXK tərəfindən ehtiyacı olan insanlara müvafiq yardımların göstərilməsi istiqamətində görülən işlər məmnunluqla qeyd olunub, Azərbaycanın BQXK-nın fəaliyyətini dəstəklədiyi vurğulanıb.

Görüşdə, habelə Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, BQXK-nın ölkəmizdəki fəaliyyətinin səmərəliliyinin daha da artırılması yolları müzakirə edilib.

apa-logo-mini

Digər xəbərlər