Ceyhun Bayramov Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib

Ceyhun Bayramov Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib
  • Clock-gray 18:02
  • calendar-gray 02 Aprel 2021

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib.

APA-nın xəbərinə görə, Müstəqil Dövlətlər Birliyi ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı xarici işlər naziri, bölgədə təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi üçün yeni bir formatın yaradıldığını məmnunluqla vurğulayıb.

Nazir, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Ermənistanın işğalı altında olan ərazilərinin azad edildiyini və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasını vurğulayıb. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın qəbul edilməsində Rusiya Federasiyasının səyləri xüsusilə də, Prezident Vladimir Putinin fəal vasitəçiliyi yüksək qiymətləndirilib.

Ceyhun Bayramov tədbir iştirakçılarının diqqətini işğal zamanı bütün şəhərlər və qəsəbələrin dəhşətli dağıntılara və vandalizm əməllərinə məruz qaldığına, dini və mədəniyyət abidələrinin qəsdən talan edilməsinə, məscidlər donuz tövləsinə çevrilməsinə yönəldib. Hazırda bu ərazilərin yenidən qurulması və bərpa olunması işlərinin həyata keçirildiyini qeyd olunub.

Nazir, həmçinin üçtərəfli bəyanatlar çərçivəsində əldə olunan razılaşmaları yüksək qiymətləndirərək, kommunikasiyaların açılmasının bütün regionun xeyrinə olacağını və  regional əməkdaşlıq üçün yeni perspektivlər açacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

apa-logo-mini

Digər xəbərlər