DTX rəisinin Şuşa şəhərinə xidməti səfəri olub

DTX rəisinin Şuşa şəhərinə xidməti səfəri olub
  • Clock-gray 10:43
  • calendar-gray 22 Noyabr 2020

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin cari ilin 19-20 noyabr tarixlərində Şuşa şəhərinə xidməti səfəri olub.

APA-nın DTX-nin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Xidmət rəisi, həmçinin Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olmuş, Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşlər keçirmiş, qarşıda duran birgə vəzifələr müzakirə olunub.

 

apa-logo-mini

Digər xəbərlər