Daha 15 erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib

Daha 15 erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib
# 19 mart 2021 18:52 (UTC +04:00)

Qarabağda müharibədə ölən 15 erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, erməni hərbçilərin meyitlərinin qalıqları Füzuli rayonu ərazisində tapılıb.

Qeyd olunub ki, 2020-ci il noyabrın 13-dən bəri Ermənistan tərəfi ümumilikdə 1 518 hərbçinin meyitinin qalıqlarını hərbi əməliyyatlar aparılan ərazilərdən toplayıb.

Xatırladaq ki, bundan əvvəl də Azərbaycan Ermənistan tərəfinə erməni hərbçilərinin meyitlərinin qalıqlarını təhvil verib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR