Deputat: “Ali Baş Komandanımıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza inanırıq”

Deputat: “Ali Baş Komandanımıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza inanırıq”
# 27 sentyabr 2020 17:25 (UTC +04:00)

“Kəndlərimizin, mülki vətəndaşlarımızın düşmən atəşinə məruzqalma faktı var. Yaralanların sayı ilə bağlı dəqiqləşdirmələr aparılır”.

APA-nın məlumatına görə, bu barədə hazırda cəbhəyanı bölgədə -Füzuli rayonunda olan millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili deyib ki, döyüş şəraiti Ordumuzun tam nəzarəti altındadır: “Yüksək əhval-ruhiyyəsi, əzmkarlığı ilə seçilən Ordumuz düşmən təxribatının qarşısını layiqincə almaqdadır. Bu həssas məqamda milli birlik nümayiş etdirməyimiz də vətənpərvərlik hissinin göstərcisidir. Ali Baş Komandanımıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza inanırıq. Bizim işimiz haqq işidir!”

V.Bayramov mövcud durumla bağlı davamlı olaraq insanları doğru məlumatlandırmağın, dezinformasiyaların qarşısını almağın önəmini də vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR