Deputat: “Hesab edilir ki, soyqırımı anlayışı mədəni məhvi də əhatə etməlidir”

Deputat: “Hesab edilir ki, soyqırımı anlayışı mədəni məhvi də əhatə etməlidir”
# 29 mart 2021 12:23 (UTC +04:00)

“Bəzən beynəlxalq müstəvidə də mədəni soyqırımı terminindən istifadə olunur. Bununla bağlı hesab edilir ki, soyqırımı anlayışı nəinki fiziki məhvi, mədəni məhvi də əhatə etməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

Deputat bildirib ki, son dövrlərdə BMT, beynəlxalq hüquq müdafiəçiləri çərçivəsində bu məsələlər müzakirə edilir: “Ermənistan dövlətinin mahiyyəti terrordur. Ermənistanın ayrı-ayrı vəzifəli şəxsləri məsuliyyət daşımalıdır. Bizim beynəlxalq müstəvidə bir sıra imkanlarımız var. Bunlardan biri fərdi şəxslərin müraciətidir. Yaşamaq hüququ, öz əmlakından istifadə hüququ, işgəncələrlə bağlı müraciət edə bilərlər. BMT çərçivəsində müəyyən məsələlər qaldırıla bilər. BMT-nin işgəncələrlə bağlı komissiyası var. İkinci imkan beynəlxalq məhkəmə orqanlarından istifadə etməkdir. Bunu yalnız dövlət edə bilər. Bunun üçün universal yurisdiksiya deyilən prinsip var”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR