Deputat: “Ordumuz işğal altında olan rayonları erməni terrorçulardan təmizləyir”

Deputat: “Ordumuz işğal altında olan rayonları erməni terrorçulardan təmizləyir”
# 06 oktyabr 2020 11:37 (UTC +04:00)

“Bu gün Milli Ordumuz işğal altında olan rayonlarımızdan erməni terrorçuları təmizləməklə məşğuldur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.

O bildirib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağda yaşayan ermənilərə döyüş bölgələrindən uzaq olmaları üçün müraciət edir: “Amma erməni tərəfi döyüş bölgəsindən xeyli uzaqda yerləşən bölgələrimizə atəş açırlar. Bu gün erməni terrorunu dəstəkləyənlər eyni zamanda beynəlxalq terroru da dəstəkləyir. Əminəm ki, tez zamanda Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və bütün yerlərimizdə Azərbaycanın şanlı bayrağı dalğalanacaq. Azərbaycan Ordusu bu gün BMT-nin icra edilməmiş 4 qətnaməsini özünü icra edir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR