Deputat: “Tarixi ədalət uğrunda mübarizə Fransada deyil, Ağdərədə aparılır”

Deputat: “Tarixi ədalət uğrunda mübarizə Fransada deyil, Ağdərədə aparılır”
# 02 oktyabr 2020 11:31 (UTC +04:00)

“Bu gün tarixi ədalət uğrunda mübarizə Fransada, BMT-də deyil, Ağdərədə aparılır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

O bildirib ki, Fransa Prezidentinin mövqeyi neytral vasitəçiliyin tələblərinin kobud şəkildə pozulmasıdır: “Makronun bu mövqeyi elə ən birinci Fransa hökumətinin maraqlarına ziddir. Makronu bu mövqeyi Azərbaycan və Fransa arasında olan dostluq münasibətlərinə xələl gətirə bilər. ATƏT-in Minsk Qrupunun, BMT-nin əsas işi BMT-nin icra edilməmiş 4 qətnaməsinin icrasını təmin etmək idi. Bunu etməyibsə, Azərbaycan Ordusu beynəlxalq hüququn bütün prinsiplərinə cavab verən əks-hücum əməliyyatları ilə torpaqlarının suverenliyini və ərazi bütövlüyünü təmin edəcək. BMT Nizamnaməsinin 51 maddəsi Azərbaycana bu haqqı verir. Azərbaycanın bu mübarizəsi haqq mübarizəsidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR