Deputat: “Zəngilanda Suriya vətəndaşlarına aid siyahı və pasportların surətinin tapılması düşmənin işğalı davam etdirmək niyyətini təsdiq edən növbəti faktdır”

Deputat: “Zəngilanda Suriya vətəndaşlarına aid siyahı və pasportların surətinin tapılması düşmənin işğalı davam etdirmək niyyətini təsdiq edən növbəti faktdır”
# 07 noyabr 2020 18:20 (UTC +04:00)

“Azərbaycan öz torpaqlarının erməni işğalından azad edilməsi məsələsində qətiyyətlidir. Bu məqsəd uğrunda ölkəmiz həm hərbi, həm də diplomatiya müstəvisində böyük üstünlüyə sahibdir. Artıq Ermənistanın başqa çıxış yolu qalmayıb. İşğalçı dövlət getdikcə özünü daha da ağır duruma salmaqdadır. Paşinyan hakimiyyətinin cəbhədə məğlubiyyətlə yanaşı törətdiyi hərbi cinayətlər, günahsız mülki şəxslərə qarşı terror aktları onu beynəlxalq müstəvidə də ciddi qınaq obyektinə çevirməkdədir. Xüsusilə, Bərdə şəhərində törədilən son terror xarici mətbuat tərəfindən geniş işıqlandırıldı”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi birmənalı olaraq aydındır: “Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Onu da nəzərə almaq lazımdır ki, atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir”.

Millət vəkilinin sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarımızda illər ərzində qurulmuş istehkamlar ermənilərin bu torpaqları tərk etmək niyyətləri olmadığını sübut edir: “Eləcə də, işğal olunmuş Zəngilan rayonu ərazisində Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin tapılması düşmənin işğalı davam etdirmək niyyətini təsdiq edən növbəti faktlardır”.

Fatma Yıldırım Ermənistanın qanunsuz olaraq Livandan və Suriyadan erməniləri bu ərazilərə köçürməsinin məqsədini də açıqlayıb: “İşğal altında olan torpaqlarımızda Azərbaycan irsini silmək və bu torpaqları dünyaya ermənilərin vətəni kimi göstərmək. Əhalisinin sayı ildən ilə azalan, bu gün orduda əsgər çatışmazlığı səbəbindən qadınları belə döyüş meydanına göndərən Ermənistan hökuməti görünür bununla həm də əhalinin sayını süni şəkildə artırmağı planlaşdırıb. Bu, 30 ilə yaxındır, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan Ermənistanın bu gün də təcavüzkar xislətindən əl çəkmədiyini bir daha göstərir.

Lakin düşmənin çirkin niyyəti baş tutmayacaq. Çünki Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə ərazi bütövlüyümüz tam bərpa ediləcək, illər öncə bu siyasət nəticəsində dədə-baba torpaqlarından zorla çıxarılan soydaşlarımız öz evlərinə geri dönəcəklər və ədalət bərqərar olunacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR