Dilqəm Əsgərov: "İki dəfə məni Xankəndidə “tok”a verdilər"

Dilqəm Əsgərov: "İki dəfə məni Xankəndidə “tok”a verdilər"
# 07 yanvar 2021 14:05 (UTC +04:00)

"Mən tək qalırdım. Hüquqlarımı Beynəlxalq Qırmızı Xaç Komitəsindən tələb edirdim. Ancaq ondan sonra onlar mənə radio verdilər. Radiodan mən eşidirdim ki, bizim dövlət başçısı ac qalmağımız, əsir götürməyimizlə bağlı işlər görürdü”.

APA-nın məlumatına görə, bunu bu gün Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş mülki vətəndaş Dilqəm Əsgərov deyib.

O bildirib ki, bir ildən sonra BQXK onlarla maraqlanmağa başlayıb: “Mən 6 il 5 ay Şuşa həbsxanasında qaldım. Gəzintiyə çıxmağa icazə vermirdilər. İki dəfə Xankəndidə məni “tok”a verdilər. Məqsədləri bu idi ki, Azərbaycan xalqının, hökumətinin əleyhinə nəsə danışım. Bacardığım qədər buna imkan vermədim. Hətta ora xaricdən də jurnalistlər gəlmişdi. Həmin gün onlar həbsxanada da olmuşdular. Məni məcbur edirdilər ki, o jurnalistlərə müsahibə verim. Ancaq vermədim və tələb etdim ki, ancaq Kəlbəcərdə bunu edərəm. Bu gün mən Prezident İlham Əliyevə ailəm və öz adımdan təşəkkürümü bildirirəm. O bizi girovluqdan azad etdi. Orada olan vaxt da mənim ümidim var idi. Mən ölkəmizin apardığı siyasəti izləyirdim. Ümidim də var idi ki, bizi azad edəcəklər. Orada demişdim ki, vaxt gələcək Azərbaycan əsgəri bura gəlib çıxacaq. Çox şükür ki, əsgərlərimiz gəldi, torpaqlarımız azad olundu və biz öz doğma torpaqlarımıza qayıtdıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR