Dövlət Komitəsi: Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub

Dövlət Komitəsi: Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
# 04 iyun 2020 14:00 (UTC +04:00)

4 iyun dünyada Aqressiya Qurbanı Günahsız Uşaqlar Günü kimi qeyd edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində münaqişə zonasında yaşayan uşaqlar ən qəddar münasibətlə üz-üzə qalıb, ev-eşiklərindən didərgin düşüb, doğma torpaqlarında azad yaşamaq hüquqları pozulub.

“Qarabağ müharibəsi dövründə 175 uşaq faciəli şəkildə həyatını itirib, yüzlərlə uşaq yaralanıb, 66 uşaq itkin düşüb, 29 uşaq isə girovluqdadır. Atəşkəs dönəmində 34 uşaq erməni terrorunun qurbanı olub, onlardan 14-ü həlak olub, 20-si isə yaralanıb. Ümumilikdə, bu illər ərzində 350 minə yaxın günahsız uşaq ədalətsiz müharibədən zərər çəkib”, - deyə məlumatda qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR