Dövlət başçısı Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub

Dövlət başçısı Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub
# 16 mart 2021 12:22 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub.

APA-nın məlumatına görə, yolun təməlinin qoyulması martın 15-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına səfər zamanı baş tutub.

Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yolboyunca avtomobil körpüləri tikiləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR