Dövlət başçısı: “Paşinyan hərbi dəstək üçün Prezident Putinə məktub göndərib, bununla da öz məğlubiyyətini etiraf edib”

Dövlət başçısı: “Paşinyan hərbi dəstək üçün Prezident Putinə məktub göndərib, bununla da öz məğlubiyyətini etiraf edib”
  • Clock-gray 13:31
  • calendar-gray 09 Noyabr 2020

"Bəli, mənim dediyim məhz budur. Lakin, eyni zamanda, mən əvvəldən demişəm ki, əgər Paşinyan şəxsən özü, xarici işlər naziri deyil, şəxsən özü desə ki, Ermənistan Ağdamdan, Kəlbəcərdən, Laçından, boşaltmalı olduqları 3 qalan rayondan qoşunlarını çıxarır və bizə vaxt cədvəli versə, biz dərhal dayanarıq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “Prezident Əliyev, amma demək olar belə çıxmır ki, Sizin bu müharibədən başqa yolunuz yoxdur, Siz hər sonuncu qarışı geri almaq üçün döyüşməlisiniz?” sualına cavabında deyib.

Azərbaycan Prezidenti bildirib ki, biz bu müharibəni davam etdirmək istəmirik: “İstəmirik. Biz dayanmaq istəyirik. Mənim indi dediyim lap əvvəldən dediklərimdir. Məni tanıyan insanlar bilirlər ki, mən sözümə əməl edən insanam. Mən nə deyirəmsə, onu edirəm. Əgər Paşinyan bunu bu gün desə, sizə söz verirəm ki, biz dərhal dayanarıq. Amma o, bunu etmir. O, bunu etmir. O, geri almaq istəyir. O, öz qüvvələrini yenidən qruplaşdırmaq, daha çox insan səfərbər etmək üçün bu atəşkəs imkanından istifadə etmək istəyir. Qeyd etdiyiniz ki, indi o, hərbi dəstək üçün Prezident Putinə məktub göndərib, bununla da öz məğlubiyyətini etiraf edib. Əgər o, məğlubiyyətini etiraf edibsə, niyə demir ki, əraziləri boşaldacaq? Bu ərazilər Ermənistana məxsus deyil. Bu, bizim torpaqlarımızdır. Onlar bu əraziləri bizə geri qaytarmalıdırlar. Əgər onlar bunu etməsələr, dediyim kimi, biz sona qədər gedəcəyik. Dayanmağın yolu yoxdur”.

Jurnalistin “Mülki şəxslərin ölümü ilə bağlı məlumatlar Sizi narahat edirmi?” sualına isə Azərbaycan Prezidenti belə cavab verib: “Bəli, əlbəttə. Mən təəssüf edirəm. Təəssüf edirəm ki, bu, baş verib. Mən qohumlarını itirən hər kəsə başsağlığı verirəm. Mən Dağlıq Qarabağdakı mülki şəxsləri nəzərdə tuturam. Lakin yenə də münaqişənin miqyasını nəzərə alaraq, yenə də hər bir insanın həyatı qiymətsizdir deyərək, itkilər yenə də çox aşağıdır. Bu, onu göstərir ki, biz mülki şəxslərə qarşı döyüşmürük. Bilirsiniz onlar 1990-cı illərdə müharibədə neçə mülki şəxsi qətlə yetiriblər? Minlərlə, minlərlə. Xocalı soyqırımında onlar 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 günahsız insanı qətlə yetiriblər, onların yalnız azərbaycanlı olduqlarına görə. Xocalı soyqırımı çox yaxşı tanınan sübuta yetirilmiş faktdır”.

apa-logo-mini

Digər xəbərlər