Dövlət başçısı: “Əminəm ki, Qarabağ Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək”

Dövlət başçısı: “Əminəm ki, Qarabağ Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək”
  • Clock-gray 14:49
  • calendar-gray 07 Yanvar 2021

“Əlbəttə ki, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Prezidentin sözlərinə görə, ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin: “İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”.

apa-logo-mini

Digər xəbərlər