Dövlət katibi: “Fransa şirkətlərinin azad olunmuş ərazilərdə yenidənqurmaya töhfə verməsinə heç bir maneə yoxdur”

Dövlət katibi: “Fransa şirkətlərinin azad olunmuş ərazilərdə yenidənqurmaya töhfə verməsinə heç bir maneə yoxdur”
# 27 yanvar 2021 12:39 (UTC +04:00)

“Düşünürəm ki, Fransa şirkətlərinin Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə töhfə verməsi üçün heç bir maneə yoxdur”.

APA-nın xəbərinə görə, bunu Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuan deyib.

O bildirib ki, suyun təmizlənməsi, elektrik sahələri üzrə Fransanın tanınmış və çox təcrübəli şirkətləri var.

Dövlət katibi qeyd edib ki, Azərbaycanda nazirlərlə görüşündə gələcək əməkdaşlıqla bağlı səmərəli müzakirələr aparılıb: “Mədəniyyət naziri ilə görüşümüzdə 30 illik diplomatik münasibətlərimizlə bağlı Bakıda sərginin təşkil olunmasını müzakirə etdik. Bu sərgidə müəyyən əsərlərin nümayişi, İpək Yolu İnstitutunda da Azərbaycanla bağlı sərginin keçirilməsi məsələsi müzakirə olundu”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR