Ekspert Stanislav Pritçin: “Qarabağda hərbi əməliyyatların bərpası riski minimumdur”

Ekspert Stanislav Pritçin: “Qarabağda hərbi əməliyyatların bərpası riski minimumdur”
# 11 aprel 2021 17:49 (UTC +04:00)

“Qarabağda hərbi əməliyyatların bərpası riski minimumdur, ancaq sualtı daşlar var”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda jurnalistlərə açıqlamasında “Avrasiya İnkişafı” Ekspert Mərkəzinin icraçı direktoru Stanislav Pritçin bildirib.

S. Pritçin deyib ki, fors-major vəziyyəti mümkündür: “Ümumilikdə, geopolitik güclər, hərbi-strateji diplomatik, beynəlxalq-hüquqi vəziyyət hərbi əməliyyatların bərpası riskini 99 faiz minimallaşdırır. Ermənistanın mövcud status-kvonu dəyişdirmək üçün resursları, imkanları yoxdur. Azərbaycanın qarşısında iqtisadi fəaliyyət, İrəvanla münasibətləri normallaşdırmaq dayanır. Hazırkı status-kvo Azərbaycanın maraqlarına uyğundur. Vəziyyət nisbətən stabildir. Nə erməni, nə də Azərbaycan analitikləri Qarabağ üzrə razılaşmadan çıxmaqla bağlı neqativ ssenarini nəzərdən keçirmirlər. Qarabağla əlaqədar Bəyanatın əsas müddəaları yerinə yetirilir, məsələlər tədricən həllini tapır. Optimal ssenari bütün məsələlərin tənzimlənməsi, iqtisadi fəallıq, erməni-Azərbaycan münasibətlərinin normallaşmasıdır. Bəli, bu, bu gün bir az fantastik görünür. Bu, çoxillik işdir, qarşıda bir çox məsələlərin həlli durur, sualtı daşlar və risklər var”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR