Elçin Əmirbəyov: "Ermənistana ən kəskin reaksiya atəşkəs üçün çalışan tərəflərdən gəlməlidir"

Elçin Əmirbəyov: "Ermənistana ən kəskin reaksiya atəşkəs üçün çalışan tərəflərdən gəlməlidir"
# 11 oktyabr 2020 15:17 (UTC +04:00)

“Prezidentin də qeyd etdiyi kimi, humanitar atəşkəsin ömrü erməni tərəfinin hansı dərəcədə Moskvada üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır”.

APA-nın məlumatına görə, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Gəncədə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan öhdəlikləri bu cür xaincəsinə pozmağa davam etsə, deyildiyi kimi, Azərbaycan bütün hüquqlarını özündə saxlayır və bu hüquqlardan istifadə edəcək: “Beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq çərçivəsində sadəcə humanitar atəşkəsə getməklə Azərbaycan bir daha onu təsdiqlədi ki, biz yalnız müharibə yolunu nəzərdən keçirmirik. Biz beynəlxalq ictimaiyyətin xahişlərini nəzərə alaraq, sülhə də bir şans verməyə hazır idik. Və bu şansı da vermişdik. Amma onların bu davranışı göstərir ki, onlar bu şansdan bəhrələnmək niyyətində deyillər. Belə olan halda buna ən kəskin reaksiya atəşkəs üçün çalışan tərəflərdən gəlməlidir. Biz həm də həmsədr ölkələrdən ilk növbədə bunu gözləyirik. Bu hadisə sadəcə pislənməməlidir. Bu razılaşmada xainlik göstərən Ermənistana qarşı daha ciddi tədbirlər həyata keçirilməlidir. Hətta sanksiya da tətbiq edilməlidir ki, bunlar öz çirkin əməllərindən vaz keçsinlər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR