Erməni əsirliyindən azad edilmiş hərbi qulluqçu: “Bizi su içməyə belə qoymurdular”

Erməni əsirliyindən azad edilmiş hərbi qulluqçu: “Bizi su içməyə belə qoymurdular”
# 05 yanvar 2021 14:29 (UTC +04:00)

“Hərbçilərə yemək aparıb qayıdanda yolu səhv getdik, ermənilər bizi əsir götürdülər. Bizi naməlum istiqamətə apardılar, pəncərəsiz yerdə bir neçə gün saxladılar”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Nahid Həmidov deyib.

O, əsrilikdə olduğu müddətdə qeyri-insanı hərəkətlərə məruz qaldıqlarını bildirib: “Su içməyə belə qoymurdular. Ermənilər tarixən bizə qarşı düşmənçilik ediblər, saysız-hesabsız terror aktları törədiblər. Bu terror aktlarını bizə deyib, təkrarlayıb, bununla fəxr etdiklərini bildirirdilər".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR