Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mülki vətəndaşlarını atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mülki vətəndaşlarını atəşə tutub
# 01 aprel 2020 15:14 (UTC +04:00)

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, aprelin 1-də saat 12:25-dən başlamaqla Qazax ra­yo­nunun Məzəm və Quşçu Ayrım kəndləri, kənd yaxınlığındakı sərhəd-döyüş məntə­qələ­rimiz, həmin istiqamətində avtomobil yolu ilə hə­rə­kət edən hərbi və mülki nəqliyyat vasitə­ləri, həmçinin təsərrüfat işləri ilə məşğul olan vətəndaşlar Ermənistanın İcevan rayonunun Kirans kəndi yaxın­lığında yerlə­şən Er­mə­nistan Silahlı Qüvvələrinin bölmə­ləri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, hərəkətdə olan nəqliyyat vasitələrini zədələyib.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüv­­­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə sus­durulub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR