Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələyib

Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələyib
# 10 aprel 2021 12:10 (UTC +04:00)

Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyan Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyevi “həbsxanada başını kəsəcəyik” deyərək təhdid edib.

APA-nın məlumatına görə, bu barədə Tural Gəncəliyev “Facebook” hesabında paylaşım edib.

İcma sədri qeyd edib ki, Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobia və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR