Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
  • Clock-gray 09:16
  • calendar-gray 16 Dekabr 2019

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Mərzili, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

apa-logo-mini

Digər xəbərlər