Ermənistan silahlı qüvvələri atəşkəsi 29 dəfə pozub

Ermənistan silahlı qüvvələri atəşkəsi 29 dəfə pozub
  • Clock-gray 09:30
  • calendar-gray 27 Avqust 2020

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

apa-logo-mini

Digər xəbərlər