Ermənistanın müharibə vaxtı insan hüquqları pozuntularını əks etdirən 5 hesabat hazırlanıb

Ermənistanın müharibə vaxtı insan hüquqları pozuntularını əks etdirən 5 hesabat hazırlanıb
# 09 mart 2021 16:03 (UTC +04:00)

27 sentyabr-10 noyabr tarixlərini əhatə edən Vətən müharibəsi zamanı Ermənistanın mülki əhali və mülki obyektləri hədəf almaqla yürütdüyü qeyri-insani siyasətin nəticələri və sübutları haqqında Xarici İşlər Nazirliyi (XİN) tərəfindən gündəlik əsasda arayışlar hazırlanaraq Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş diplomatik nümayəndəliklərinə göndərilib.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

“Ermənistanın hərbi əməliyyatlarda istifadə etdiyi silah-sursat, eləcə də əməliyyat zonasından kənarda yerləşən yaşayış məntəqələrimizi qadağan olunmuş silahlar, habelə ağ fosforlu, kasetli sursatlar və ballistik raketlər ilə hədəf almasına dair məlumatlar təhlil olunaraq müvafiq formada yayılıb.

Xarici işlər naziri adından müxtəlif ölkələrdən olan həmkarlarına, BMT başda olmaqla, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinə ümumilikdə 250-dən çox məktub ünvanlanıb.

Ermənistanın insan hüquqları və beynəlxalq humanitar hüququn pozuntularını əks etdirən ümumilikdə 5 hesabat tərtib edilib, aidiyyəti beynəlxalq təşkilatlar və ikitərəfli əsasda xarici dövlətlərin müvafiq qurumları səviyyəsində yayılıb, məsələ ilə bağlı müxtəlif xarakterli hesabatlar, məlumat broşürləri, faktaloji məlumatlar tərtib edilərək XİN-in rəsmi internet səhifəsində xüsusi bölmədə yerləşdirilib”, - deyə hesabatda vurğulanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR