Ermənistanın sentyabrın 27-dən törətdiyi təxribatlar nəticəsində Azərbaycanın 91 mülki şəxsi həlak olub, 400-ü yaralanıb

Ermənistanın sentyabrın 27-dən törətdiyi təxribatlar nəticəsində Azərbaycanın 91 mülki şəxsi həlak olub, 400-ü yaralanıb
# 30 oktyabr 2020 14:19 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

APA-nın məlumatına görə, Baş Prokurorluğun məlumatında bildirilir ki, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 400 nəfər yaralanıb.

Bundan başqa, 428 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2 442 yaşayış evi yararsız vəziyyətə düşüb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR