Fransa səfiri Azərbaycan-Ermənistan sərhədində gərginliyə münasibət bildirib

Fransa səfiri Azərbaycan-Ermənistan sərhədində gərginliyə münasibət bildirib
# 11 mart 2020 12:02 (UTC +04:00)

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə münasibət bildirib.

APA-nın xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında deyib ki, Fransa Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləyir.

“2020-ci ildə tərəflər arasında hər hansı gərginliyin olmayacağına və danışıqların uğurla davam edəcəyinə ümid edirəm. Biz Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləməyə davam edəcəyik”, - deyə səfir qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR